08:15
868
Livanın şiə "Hizbullah" hərəkatı Livan və İsrail arasında birbaşa danışıqların aparılmasına qarşıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərəkatın siyasi şurası rəhbərinin müavini Mahmud Komati "RİA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Livanda atəşkəsin əldə olunması İranın xidmətidir. Komati qeyd edib ki, "Hizbullah" İsrail ilə danışıqlardan Livan üçün müsbət nəticələr gözləmir.
"Biz Livan və İsrail düşməni arasındakı birbaşa danışıqları qəti şəkildə rədd edirik və onları qətiyyən qəbul etmirik", — deyə o bildirib.
Hərəkat nümayəndəsi həmçinin iddia edib ki, məhz İslam Respublikasının sərt mövqeyi ABŞ və İsraili Livanda atəşkəs üzrə danışıqlara razı olmağa məcbur edib. Komati vurğulayıb ki, Vaşinqton və Təl-Əviv bu danışıqların təşəbbüskarı kimi özlərini təqdim etməyə çalışırlar.
Məryəm Quliyeva