Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
14 Aprel 17:09
2 100
Ən azı altı gəmidən ibarət qrup Hörmüz boğazını minalardan təmizləmək üçün göndərilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın "TWZ" hərbi nəşri məlumat yayıb.
Materialda qeyd olunur ki, gəmilərdən üçü hazırda Hind okeanındadır, daha ikisi isə artıq boğazı keçib. Bundan əlavə, ABŞ minalardan təmizləmə işlərində İranla münaqişə başlamazdan əvvəl Bəhreyndə bazalaşan mina təmizləyən gəmidən istifadə etmək niyyətindədir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların "bütün dünya ölkələrinə yaxşılıq olaraq boğazı təmizləmək" planları barədə məlumat vermişdi. Siyasətçi qeyd etmişdi ki, İranın boğazda yerləşdirdiyi 28 mina qurğusu hazırda "dənizin dibindədir" və İran İslam Respublikasının bu minaları özünün ləğv etməsi üçün "nə cəsarətinin, nə də iradəsinin" olmamasına təəccübləndiyini bildirmişdi.
Məryəm Quliyeva