Livan İsraillə birbaşa danışıqlar üçün şərtini açıqlayıb Gündəm

Livan İsraillə birbaşa danışıqlar üçün şərtini açıqlayıb

Livan eskalasiyanı dayandırmağa çalışır və bu məqsədlə İsraillə birbaşa danışıqlara daxil olur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublika prezidenti Cozef Aun Britaniyanın Yaxın Şərq üzrə dövlət naziri Hemiş Falkoner ilə görüşü zamanı bildirib.

"Atəşkəs iki ölkə arasında birbaşa danışıqlar üçün təbii başlanğıc nöqtəsi olacaq ki, bu da Livanın irəli sürdüyü sülh təşəbbüsünə uyğundur", — deyə prezident dəftərxanasının sitat gətirdiyi Aun qeyd edib. O vurğulayıb ki, "Livan hakimiyyəti danışıqları müstəqil şəkildə aparacaq, çünki bu, heç kimin müdaxilə edə bilməyəcəyi suveren bir məsələdir".

"İsrail qoşunlarının Livan ərazisindən çıxarılması, bir tərəfdən atəşkəs rejiminin möhkəmləndirilməsi, digər tərəfdən isə hər hansı qeyri-qanuni silahlı mövcudluğa son qoyulması məqsədilə Livan ordusunun cənub sərhədinə yenidən yerləşdirilməsi üçün fundamental addımdır", — deyə prezident əlavə edib.

Prezident Aun İsrailin baş naziri Benyamin Netanyahu ilə gözlənilən təmaslar barədə danışmayıb. Bundan əvvəl "Al Jadeed" telekanalı diplomatik mənbəyə istinadən bildirmişdi ki, Livan-İsrail istiqaməti üzrə kurator olan ABŞ dövlət katibi Marko Rubio videobağlantı vasitəsilə keçiriləcək üçtərəfli danışıqlarda iştirak edəcək.

Məryəm Quliyeva