"Hörmüz boğazı ABŞ-ın tam nəzarətindədir" Gündəm

"Hörmüz boğazı ABŞ-ın tam nəzarətindədir"

Elan olunmuş atəşkəs rejimi bitmək üzrədir. Danışıqların dalana girməsi göz önündədir. İranda danışıqların son nəticəsinə qarantiyalı imza atracaq insan tapa bilmirlər.

Bunu xalqcebhesi.az-a politoloq Vasif Əfəndi deyib.

"Məsələ ondadır ki, kifayət qədər rəsmi səlahiyyətli insan olmasına baxmayaraq onların imzaladığı sənədin nə dərcədə yerinə yetiriləcəyi şübhə doğurur. Görünən odur ki, İran nümayəndə heyəti ilə əldə olunan razılıqların təmin olunması üçün real rəsmi qanuni güc yoxdur. Faktiki olaraq İran SEPAH qüvvələrinin təsiri altındadır. SEPAH isə İranda hazırki durumda sabitliyin bərqərar olmasında maraqlı deyil" politoloq vurğulayıb.

O, qeyd edib ki, Trampın İran rejimini tam dəyişdiriləcəyini bəyanatının arxasında SEPAH-ın tərkisilah olması dayanır..SEPAH-ın isə tərkisilah olacağı tərdiqdə onlar üçün yaxşı heç nə vəd edilmir:

"Ona görə də Tehran 2-ci tur görüşmələri rədd etdi. Düşünürəm ki, bu çarəsizlikdən atılan addımdır. İran tərəfi ilk növbədə ölkənin real gücə sahib olan rəsmi nümayəndəni müəyyən etməlidir. Əks təqdirdə bütün görüşlər nəticəsiz qalacaq. ABŞ artıq fasilə götürdüyü iki həftə ərzində Çin və Rusiya ilə İrana yönəlik dəstəyini kəsmiş kimi görünür. Hörmüz boğazı tam ABŞ-ın nəzarətindədir. Sadəcə İran guya boğazı bağladığını deməklə daxili auditoriyanı aldadır. Boğazın bağlı qalması ilk növbədə İranın iqtisadiyyatına öldürücü zərbə vurur. Boğaz nə qədər çox qapalı qalarsa İran daha çox itirəcək.

Yekun sülh razılaşması üçün İrana daha təsirli hərbi güc tətbiq ediləcək".

Cavid