Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
20 Aprel 15:18
2 044
ABŞ kəşfiyyatı prezident Donald Tramp administrasiyasına Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir tərəfindən Yaxın Şərqdəki Amerika maraqlarına yönəlmiş təhlükə barədə xəbərdarlıq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, xüsusi xidmət orqanları Munirin İranın ali hərbi rəhbərliyi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirləri Qasım Süleymani və Hüseyn Salami ilə şəxsi əlaqələrindən şübhələnirlər. Bu isə İranla hərbi münaqişədə iştirak edən ABŞ-ın maraqları üçün potensial təhlükə yarada bilər. Ağ Evə təqdim olunan hesabatda kəşfiyyat iddia edir ki, pakistanlı hərbi rəhbər Yaxın Şərqdəki vəziyyətin nizamlanmasında "ikiqat oyun" oynayır. Sənəddə İslamabadın Tehranla sıx koordinasiyalı fəaliyyətinə görə Pakistan Vaşinqtonun "xain müttəfiqi" adlandırılıb.
Məryəm Quliyeva