15:36
826
Gəmiçilik məlumatlarına əsasən, bazar ertəsi günü Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkəti faktiki olaraq dayanıb: 12 saat ərzində cəmi üç keçid qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"SynMax" məlumat emalı mütəxəssislərinin apardığı peyk təhlili və "Kpler" platformasının izləmə məlumatlarına görə, Rusiyanın neft fəaliyyətində iştirak etdiyi üçün Britaniyanın sanksiyaları altında olan Nero neft məhsulları tankeri Fars körfəzini tərk edərək Malakka boğazından keçib.
Məlumata görə, bazar ertəsi günü daha iki gəmi — bir kimyəvi maddə daşıyan tanker və bir mayeləşdirilmiş neft qazı (MNQ) tankeri strateji əhəmiyyətli su yolu ilə Fars körfəzinə daxil olub.
Axon I adlı mayeləşdirilmiş neft qazı tankeri isə İranla ticarət etdiyi üçün ABŞ-ın ayrıca sanksiyaları altında olub.
Bazar ertəsi günü Amerika Birləşmiş Ştatları ilə İran arasında atəşkəs razılaşması təhlükə altına düşüb. Belə ki, ABŞ blokadanı yarmağa çalışan İran yük gəmisini saxladığını elan edib, Tehran isə buna cavab tədbirləri görəcəyini və hələlik yeni sülh danışıqlarına qoşulmaqdan imtina etdiyini bildirib.
Məryəm Quliyeva