Pakistan və Əfqanıstan arasında diplomatik gərginlik Gündəm

Pakistan və Əfqanıstan arasında diplomatik gərginlik

Əfqanıstanın Pakistandakı müvəqqəti işlər vəkili İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona Heybər-Paxtunhva əyalətində polis postuna terrorçuların hücumu ilə bağlı demarş elan edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan diplomatik idarəsi məlumat yayıb.

Bəyanata əsasən, hücumun araşdırılmasının nəticələri göstərir ki, o, Əfqanıstanda sığınan "Fitnə əl-Xavaric" qruplaşmasının (əvvəllər "Tehrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınırdı) terrorçuları tərəfindən təşkil olunub. Bununla bağlı Kabil nümayəndəsinə "Pakistanın Əfqanıstan ərazisindən Pakistana qarşı terror hücumları üçün istifadə edilməsinin davam etməsindən ciddi narahatlığı" bildirilib. Həmçinin Əfqanıstan tərəfinin diqqətinə çatdırılıb ki, İslamabad "bu barbarlıq aktının günahkarlarının hərəkətlərinə qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır".

Mayın 10-da "Dawn" qəzeti polisə istinadən xəbər verib ki, şimal-qərbdəki Heybər-Paxtunhva əyalətinin Bannu şəhərində terrorçuların törətdiyi avtomobil partlayışı nəticəsində azı 15 polis əməkdaşı həlak olub.

Məryəm Quliyeva