Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərovla vida mərasimi keçirilib
Modi: Hindistan Yaxın Şərqdə sülh üçün hər cür yardımı göstərəcək
Qazaxıstanlı ekspert: Astana və Bakı Zəngəzur dəhlizinin inkişafında maraqlıdır
Qazaxıstanlı politoloq: Azərbaycan Qərblə Şərqi birləşdirən əsas oyunçulardan biridir
12:04
462
Almaniyanın keçmiş kansleri Angela Merkel ABŞ-nin NATO-dan çıxmasının özünün də maraqlarına uyğun olmadığını bildirib. Merkel vurğulayıb ki, artan qlobal çağırışlar fonunda ABŞ təkbaşına problemlərin öhdəsindən gələ bilməz.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Rizvan Hüseynov qeyd edib ki, bu proses Donald Tramp hakimiyyətə gələndən sonra geniş vüsət alıb: “Proses hələ Trampın birinci prezidentliyi müddətində, yəni 2016-2020-ci illərdə başlayıb. Tramp daha yumşaq formada Avropa İttifaqına öz tələblərini bildirirdi və NATO-nun bu formatının işlət olmadığını deyirdi. Amma Tramp bu dəfə praktiki əməllərə keçir. Biz görürük ki, yeni dünya düzəni formalaşır. ABŞ üçün bu yeni dünya düzənində Avropa və Avropa İttifaqı ənənəvi öncəki rolunu oynamayacaq”.
R.Hüseynovun fikirlərinə görə, ABŞ Sakit okean hövzəsində Çin və Çin ətrafında daha çox nüfuz toplamaqda maraqlıdır: “Bu məsələdə də görürük ki, Avropa İttifaqı həm ABŞ siyasətinə çox dəstək vermir, həm də texniki-hərbi baxımdan nə dəstək verə bilər ki? Çünki Avropa İttifaqı özü təhlükəsizliyini NATO-dan alır. Yəni Avropa İttifaqı özü özünü qoruya bilmir. Bu baxımdan vəziyyət çox kritikdir. Bu gedişatla həm Avropa İttifaqının, həm də NATO-nun gələcəyi çox mürəkkəb və dumanlı görünür”.
Röya İsrafilova