Tramp: ABŞ İran və Yaxın Şərqlə gələcək əməkdaşlığa ümid edir Gündəm

Tramp: ABŞ İran və Yaxın Şərqlə gələcək əməkdaşlığa ümid edir

ABŞ İran və bütün Yaxın Şərq ölkələri ilə gələcək əməkdaşlığa ümid edir, lakin imtina ediləcəyi təqdirdə lazımi tədbirlər görməyə hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz uzaq gələcəkdə İran və bütün Yaxın Şərqlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu proses tez, asan və rəvan keçəcək. Əgər belə olmasa, bizim qəti bir alternativimiz (ultimativ alternativimiz) var və ümid edirəm ki, biz ondan bir daha heç vaxt istifadə etməli olmayacağıq!" — deyə Tramp "Truth Social" şəbəkəsində yazıb.

Məryəm Quliyeva