Dənizçilərə Hörmüz boğazında, Omanın ərazi sularında mina barədə xəbərdarlıq edilib Gündəm

Dənizçilərə Hörmüz boğazında, Omanın ərazi sularında mina barədə xəbərdarlıq edilib

​Gəmi heyətləri aprel ayında kruiz laynerlərinin Fars körfəzindən çıxmaq üçün istifadə etdiyi Hörmüz boğazındakı marşrutda minanın mövcudluğunun təsdiqlənməsi barədə bildiriş alıblar.

Xalqcebhesi.az xəbər verir ki, bölgədəki dəniz hərəkəti operatorları tərəfindən göndərilən müvafiq xəbərdarlığın mətni TASS agentliyinin sərəncamındadır.

​"26-24.58N 056-20.67E nöqtəsində (Omana məxsus Musandım bölgəsindən təxminən 3 km şimalda) minanın mövcudluğu təsdiqlənib. Bu rayondan keçən bütün gəmilərə son dərəcə ehtiyatlı olmaq tövsiyə edilir", - deyə məlumatda bildirilir.

​Münaqişə başlayandan bəri bir çox gəmi Hörmüz boğazını keçmək üçün Omanın sahilyanı sularından istifadə edirdi. Xüsusilə, ABŞ və İran arasındakı münaqişə səbəbindən mart ayında Fars körfəzində sıxışıb qalan altı kruiz laynerı apreldə məhz bu marşrutla bölgəni tərk etmişdi.

​TASS-ın hesablamalarına görə, ABŞ və İran arasındakı münaqişənin başa çatmasına dair sazişin iyunun 19-da imzalanmasının planlaşdırıldığı barədə xəbərlər fonunda, 100-dən çox tanker və quru yük gəmisi Hörmüz boğazı yaxınlığındakı lövbər dayanacaqlarında gözləyir. İsveçrə XİN-in mətbuat xidmətinin məlumatına görə, ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenstok şəhərində keçirilməsi nəzərdə tutulan danışıqlar baş tutmayacaq.

Məryəm Quliyeva