Milli Məclis ötən il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib İqtisadiyyat

Milli Məclis ötən il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb.
Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.
Nəticədə 2025-ci ildə dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub.
Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.