12:19
742
“Media savadlılığı haqqında” qanunun qəbulu təklif edilib.
Belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sahib Alıyev çıxış edib.
Deputat bildirib ki, dinlə bağlı bəzən mənşəyi və yaranma səbəbi bəlli olmayan hədislərin cəhalətə yol açdığı kimi, informasiya bolluğu da informasiya cəhalətinə səbəb ola bilir:
“İnsanlarda media savadlılığının artırılmasına ehtiyac var. Rəqəmsal risklərdən qorunma səviyyəsinin yüksək olduğu ölkələrdə media savadlılığı məsələləri ‘Media haqqında’ qanunla deyil, ‘Media savadlılığı haqqında’ ayrıca qanunla tənzimlənir. Məsələn, Finlandiyada və Malayziyada belədir. Azərbaycanda da ‘Media savadlılığı haqqında’ qanunun qəbuluna ehtiyac var. Bu istiqamətdə bilik və bacarıqlar həm uşaqlara, həm də böyüklərə öyrədilir. Yeni qurum da bu məsələni diqqətdə saxlamalıdır”.