İran ABŞ ilə dialoqun bərpası üçün Livanda atəşkəs zəmanəti tələb edir Dünya

İran ABŞ ilə dialoqun bərpası üçün Livanda atəşkəs zəmanəti tələb edir

​İran, ABŞ ilə İsveçrədəki danışıqların bərpası üçün şərt olaraq Livanda hərbi əməliyyatların dayandırılmasına dair zəmanət tələb edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
​Mənbənin sözlərinə görə, "İran tərəfi imzalanmış sazişin şərtlərinə uyğun olaraq Livanda hərbi əməliyyatların dayandırılmasına dair zəmanət tələb edib". O əlavə edib ki, hazırda "vasitəçilər bu məsələnin həlli üzərində işləyirlər".

​Mənbə qeyd edib ki, planlaşdırılan danışıqlar "İsrailin Livana zərbələrindən sonra müvəqqəti olaraq təxirə salınıb", lakin vasitəçilərin fikrincə, onların nə vaxt bərpa oluna biləcəyini dəqiqləşdirməyib.

Məryəm Quliyeva