Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
22 İyun 14:07
2 170
“İranın son günlər Azərbaycan və Ermənistanla bağlı sərt bəyanatları regionda diqqət çəkib”.
Bu fikirləri politoloq Tofiq Abbasov xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qafqaz bölgəsi uzunmüddətli gərginlikdən sonra sabitliyə doğru irəliləyir və bu prosesə zərər verə biləcək ritorikadan çəkinmək lazımdır:
“Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbə və irəli sürdüyü sülh gündəliyi regionda yeni reallıq yaradıb. Azərbaycanın sülh təşəbbüsləri heç bir ölkəyə qarşı yönəlməyib və qonşu dövlətlər üçün təhdid yaratmır. Əksinə, məqsəd bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır.
İranın son açıqlamaları daha çox Tehranın Qafqazdakı rolunu və təsir imkanlarını nümayiş etdirmək cəhdi ilə bağlıdır”.
Politoloq bildirib ki, İran tarixən Qafqazda təsirə malik olub, lakin Rusiya ilə qarşıdurmalar nəticəsində bu bölgədə ciddi mövqe itkiləri ilə üzləşib:
“Hazırda İran siyasi dairələri və mediası bütün tərəflərə mesaj verməyə çalışır ki, ölkə beynəlxalq qarşıdurmalarda mövqeyini qoruyub və bundan sonra da Qafqazda öz siyasətini həyata keçirmək niyyətindədir”.
Günel Elxan
18:13
777
18:12
756
17:34
798