İsrail İrana daha güclü zərbə endirməyə hazır olduğunu bəyan edib Gündəm

İsrail İrana daha güclü zərbə endirməyə hazır olduğunu bəyan edib

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin zərurət yaranarsa, İrana qarşı hərbi kampaniyasını bərpa etməyə və daha güclü zərbələr endirməyə hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu açıqlama ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir vaxtda verilib.

Katz bildirib ki, ordu hava üstünlüyünü bərpa etmək və təhlükəni aradan qaldırmaq üçün döyüş əməliyyatlarını bərpa etməyə, o cümlədən zərurət yaranarsa üçüncü dəfə hücum etməyə hazırdır

Onun sözlərinə görə, əgər İsrail hərbi əməliyyatlara qayıtmağa məcbur edilərsə, bu, daha böyük güclə ediləcək.

İsrailin Baş naziri Benyamin Netanyahu eyni mərasimdə çıxış edərək bildirib ki, İsrailin əvvəlki iki hərbi kampaniyası nəticəsində İran zəifləyib.

Eyni zamanda, o, münaqişənin hələ bitmədiyini qeyd edib.

Netanyahu bildirib ki, İran oxu əvvəlkindən daha zəifdir, İsrail isə əvvəlkindən daha güclüdür: "Biz sübut etdik ki, İsrail hava qüvvələrinin uzun qolları Yəməndən İrana qədər hər yerə çata bilər. Amma biz həmçinin kampaniyanın hələ bitmədiyini də qəbul etməliyik".