16:40
896.jpg)
İran ordusunun HHM sistemləri ölkənin cənubundakı Bəndər-Abbas şəhəri səmasında ABŞ Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir neçə saat əvvəl ABŞ-a məxsus düşmən pilotsuz uçuş aparatı Bəndər-Abbas rayonunda vahid milli hava hücumundan müdafiə sisteminin tərkibində fəaliyyət göstərən ordu hərbi hava qüvvələrinin hərbçiləri tərəfindən zenit-raket kompleksi vasitəsilə uğurla aşkar edilib, qarşısı kəsilib və vurulub. Dəqiq zərbə nəticəsində PUA məhv edilib", — deyə bəyanatda bildirilir.
Məryəm Quliyeva