13:40
875
Kongo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölümlərin sayı 3,7 minə yaxınlaşıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Konqo Milli İctimai Səhiyyə İnstitutu gündəlik bülletenində məlumat yayıb.
Məlumata görə, ölkədə son sutka ərzində Eboladan ölənlərin sayı 23 nəfər artaraq ümumilikdə 3 699-a çatıb. Xəstələnənlərin sayı 7 672 nəfərdir ki, son 24 saat ərzində onların sayı 58 nəfər çoxalıb. Ölüm göstəricisi 48,2% təşkil edir.
Xəstəxanalarda və tibbi təcridxanalarda xəstəlik əlamətləri olan 900-dən çox pasiyent var. Qızdırma ölkənin 26 əyalətindən 7-sini əhatə edib.
Məryəm Quliyeva