12:45
609
İordaniya Silahlı Qüvvələrinə məxsus "Black Hawk" hərbi helikopteri çərşənbə günü planlı təlimlər zamanı qəzaya uğrayıb.
Xalqcebhesi.az "The National News" a istinadən xəbər verir ki, bu barədə krallığın silahlı qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
Hadisə yerinə ixtisaslaşmış bölmələr cəlb olunub, qəza ilə əlaqədar zəruri tədbirlər görülür.
Ölənlər və yaralananlar barədə hələlik məlumat verilmir. Hərbi komandanlıq əlavə məlumatların daxil olduqca ictimaiyyətə açıqlanacağını bildirib.
Məryəm Quliyeva