Si Cinpin Trampı Şençjen hava limanında şəxsən qarşılayıb Gündəm

Si Cinpin Trampı Şençjen hava limanında şəxsən qarşılayıb

Çin Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Şençjenə gələn ABŞ Prezidenti Donald Trampı təyyarənin pilləkənlərində şəxsən qarşılayıb.

Xalqcebhesi.az xəbər verir ki, iki ölkə lideri əl sıxıb və qucaqlaşıblar. Bundan sonra bir qız uşağı Amerika prezidentinə gül dəstəsi təqdim edib.

ABŞ prezidentinin gəlişi şəhərdə güclü yağış yağan vaxta təsadüf edib.

Məryəm Quliyeva