Kiberpolis süni intellekt proqramlarından istifadə edib qadınları şantaj edən şəxsi saxladı - VİDEO
"Müharibənin bitməsi üçün Trampın təkbaşına qərar vermək imkanı məhduddur"
ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib — FOTOLAR
KİV Trampın İran rejimini zəiflətmək üçün yeni planı barədə məlumat yayıb
26 Aprel 2022 11:54
5 250
Abşeron rayonunun Hökməli bələdiyyəsinin sədr müavini cəzalandırılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 25-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədr müavini Z.Buğumov barəsində inzibati protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.