Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
17 Avqust 2022 16:13
6 307
Yaxın gələcəkdə böyük qlobal tənəzzülün baş verməsi ehtimalı azdır, lakin qışda enerji böhranı yarana bilər.
“APA-Economics”in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais bildirib.
Onun sözlərinə görə, OPEC həmişə bazar ehtiyaclarını ödəməyə çalışıb, lakin 5 sentyabr iclasında (OPEC+ razılaşması iştirakçıları nazirlərinin iclası – red.) hasilatın daha da artırılması ilə bağlı qərar verilib-verilməyəcəyini söyləmək hələ tezdir.
"Biz bir araya gəlib bazarın parametrlərinə yenidən baxmalıyıq, hər şey ondan asılıdır”, - deyə Heysəm Əl-Qais bildirib.
O qeyd etdi ki, İranın neft tədarükünün tədricən bərpası OPEC-in maraqlarına uyğundur və qlobal yanacaq bazarında tarazlığı pozmayacaq.
"Düşünürəm ki, İran neftinin hər barelinin tədricən qaytarılması İranın özünün, OPEC-in və bazar iştirakçılarının daha geniş dairəsinin maraqlarına uyğundur. Yəni bu tarazlığa təsir edə bilməyəcək", - Heysəm Əl-Qais əlavə edib.
11:36
1 351
20 İyun 10:20
2 506
19 İyun 15:43
2 478