
Tramp: ABŞ İsrail–İran münaqişəsinə müdaxilə edə bilər
15 İyun 18:55
15 İyun 18:55
15 İyun 16:33
“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində neft-qaz sahəsində fəaliyyət istisna olunub. Digər tərəfdən, elektrik enerjisi istehsalında bərpa olunan enerji də istisna edilən digər sahədir”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu iki sahə digər qanunlarla tənzimlənəcək: “İqtisadiyyat kifayət qədər tez dəyişir, modellər tez yenilənir. Növbəti vacib məqam ondan ibarətdir ki, qanunun hazırlanmasında beynəlxalq təcrübə öyrənilib. İlk gündən bu qanun layihəsinin hazırlanması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq olub, texniki dəstək alınıb. Bu, çox vacibdir. Böyük layihələr üçün əsasən, xarici investorların və xarici maliyyə qurumlarının maliyyələşməsini gözləyirik. Yalnız yerli investorları bu layihədə əhatə etmirik. Bu qanun layihəsinin gələcək “potensial müştəri”ləri bu layihə ilə tanışdırlar. Onlar üçün yeni sistem deyil, tanıdıqları, bildikləri qanun hazırlanıb. AYİB xətti ilə ayrılan cəlb mütəxəssislərə əlavə olaraq qanun layihəsi bir sıra digər beynəlxalq qurumlara da göndərilib. Bu mənada inklüzivlik təmin edilib”.