DİN əməkdaşları Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirib - VİDEO
Vətən müharibəsindən bəhs edən "44" filminin çəkilişləri başa çatıb - FOTO
İndoneziyanın Semeru vulkanı püskürərək 4,7 kilometr hündürlüyə kül püskürüb
“AzerGold” Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edib
Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib
3 Noyabr 2022 12:03
3 682.jpg)
Hazırda dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər davam edərsə, cari ilin sonuna Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcminin 130 milyard manata çatması gözlənilir və bu da Azərbaycan tarixində ən yüksək göstəricidir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkrlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.
Nazir bildirib ki, Azərbaycanda ÜDM-də qeyr-neft sənayesinin payı artmaqdadır. Onun sözlərinə görə, ölkədə vergi daxilolmaları, məcburi dövlət sosial sığorta yığımları artıb.
M.Cabbarov qeyd edib ki, ölkədə infilyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Onun sözlərinə görə, ötən illə müqayiədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb. Nazir əlavə edib ki, cari ildə hökumət tərəfindən anti-infilyasiya tədbirləri həyata keçirilib.