Azərbaycan əczaçılıq məhsullarının idxalını artırıb İqtisadiyyat

Azərbaycan əczaçılıq məhsullarının idxalını artırıb

Bu ilin yanvar-fevral aylarında 5974 ton əczaçılıq məhsulları idxal edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 148,3 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 119,5 milyon dollar olmaqla 4700 ton əczaçılıq məhsulları idxal edilmişdi.