

Azərbaycan İnvestisiya Şirkəti ASC və Macarıstanın Hell Energy şirkəti arasında investisiya müqaviləsi imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.
"Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi davam edir.
Azərbaycan İnvestisiya Şirkəti ASC və Macarıstanın Hell Energy şirkəti arasında imzalanmış investisiya müqaviləsi ölkələrimizin biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır", - nazir yazıb.