Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib İqtisadiyyat

Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Martın 30-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 80,85 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,06 dollar bahalaşaraq 78,54 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,99 dollar bahalaşaraq 45,37 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 30-da dəyişməyərək 78,03 dollar olaraq qalıb.