OPEK neft qiymətlərini müəyyən səviyyəyə çatdırmağa çalışmır İqtisadiyyat

OPEK neft qiymətlərini müəyyən səviyyəyə çatdırmağa çalışmır

OPEK neft qiymətlərini müəyyən səviyyəyə çatdırmağa çalışmır.

Trend xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Heysəm əl-Qeys İranın "Shana" xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bunun əvəzində qurumun bütün qərarları və fəaliyyəti neftə dünya bazarında tələb ilə təklif arasında tarazlığa nail olmağa yönəlib.

Əl-Qeys vurğulayıb ki, qərarların qəbulu, o cümlədən neft hasilatının azaldılması ilə bağlı qərarlar bazar göstəricilərinin təhlilinə əsaslanır.