Taleh Kazımov sığorta agentləri ilə görüşüb İqtisadiyyat

Taleh Kazımov sığorta agentləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankında sığorta bazarında peşəkar iştirakçıları olan sığorta agentləri ilə görüş keçirilib

Bu barədə AMB-nin sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.
"Azərbaycan Mərkəzi Bankında sığorta bazarında fəal olan sığorta agentləri ilə görüşümüz olub. Sığorta bazarının böyüməsində sığorta agentlərinin rolunun gücləndirilməsi məsələləri müzakirə edilib. Sığorta bazarının mühüm peşəkar iştirakçısı olan sığorta agentləri ilə sığorta bazarının inkişaf məsələləri təhlil olunub, həmçinin sığorta agenti institutunun gücləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb", - T. Kazımov əlavə edib.