“İsrailin 40 milyon barel həcmində illik neft idxalı Azərbaycandan tədarük olunur” İqtisadiyyat

“İsrailin 40 milyon barel həcmində illik neft idxalı Azərbaycandan tədarük olunur”

“Ölkələrimiz arasında əlaqələr xüsusən Vətən müharibəsi dövründə özünün pik həddinə çatdı. Müdafiə sənayesi sahəsindəki geniş əməkdaşlıq Azərbaycana öz milli maraqlarını və ərazi bütövlüyünü qorumağa yardımçı olan faktorlar sırasında idi”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamsında politoloq Züriyyə Qarayeva deyib. O, bildirib ki, bu sahədə əlaqələr yalnız iki ölkənin deyil, bütövlükdə regionun təhlükəsizliyində ciddi rol oynamaqdadır: “Əməkdaşlığın dərinləşməsi Cənubi Qafqaz, Yaxın Şərq bölgələri üçün də yeni imkanlar vəd edir. Azərbaycan-İsrail əməkdaşlığı bu gün regionda terror və təcavüz təhdidinin qarşısında əsas əngəllərdən biridir. Azərbaycan da İsrailə onun istehsal etmədiyi neft təminatı hər iki ölkəni qarşılıqlı olaraq, regional oyunçuya çevirməyi bacarıb. İsrailin 40 milyon barel və ya 1,5 milyard dollar dəyərində illik neft idxalı Azərbaycandan tədarük olunur”.

Əli