
“Burada diqqətçəkən məqam Çin faktorudur
7 May 23:22
Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 3 007 295,98 min ABŞ dolları dəyərində 4 910 025,26 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin dəyərinə görə - red.) ikinci yerdə İspaniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 644 665,26 min dollar dəyərində 1 017 351,02 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İsrail tutur. Yanvar-iyun aylarında bu ölkəyə 631 333,05 min dollar dəyərində 1 021 518,33 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 18 ölkəyə 7 803 144,3 min dollarlıq 12 818 606,52 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-iyun aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:
# |
Ölkələr |
Məbləğ, min $ |
Miqdar, ton |
- |
Cəmi |
7 803 144.30 |
12 818 606.52 |
1 |
İtaliya |
3 007 295.98 |
4 910 025.26 |
2 |
İspaniya |
644 665.26 |
1 017 351.02 |
3 |
İsrail |
631 333.05 |
1 021 518.33 |
4 |
Hindistan |
610 361.61 |
1 027 221.27 |
5 |
Türkiyə |
548 975.73 |
957 895.10 |
6 |
Çexiya |
427 054.43 |
698 760.22 |
7 |
Almaniya |
354 363.11 |
572 190.47 |
8 |
İrlandiya |
316 188.04 |
542 186.26 |
9 |
Yunanıstan |
240 897.54 |
387 156.76 |
10 |
Rumıniya |
220 395.58 |
357 522.17 |
11 |
Xorvatiya |
180 254.35 |
308 554.90 |
12 |
Avstriya |
152 155.74 |
266 568.71 |
13 |
Fransa |
118 639.77 |
199 006.72 |
14 |
İndoneziya |
88 665.69 |
134 153.29 |
15 |
Sinqapur |
87 786.40 |
138 338.45 |
16 |
Vyetnam |
85 115.06 |
138 516.86 |
17 |
Portuqaliya |
62 898.43 |
92 952.72 |
18 |
Tailand |
26 098.53 |
48 688.02 |