
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, Hindistan heç bir sübut olmadan Pahalqam rayonunda törədilən terror aktının məsuliyyətini Pakistanın üzərinə qoyur.
Xalqcebhesi.az xəbər verir ki, Hindistanın “Sindoor əməliyyatı”ndan sonra parlament qarşısında çıxış edən Şərif ordunun raket hücumlarına “uyğun” şəkildə cavab verdiyini bildirib.
Hindistanın dünən təxminən 80 döyüş təyyarəsi ilə ölkənin müxtəlif bölgələrini hədəf aldığını qeyd edən Şərif, "düşmən qaranlıqda gizlənərək hücuma keçdiyini" vurğulayıb.
Şərif bildirib ki, Hindistan heç bir dəlil olmadan Pahalqam terror aktının məsuliyyətini tamamilə Pakistanın üzərinə qoyur.
Pakistanda Bəlucistan Qurtuluş Ordusunun (BLA) üzərinə götürdüyü və 31 nəfərin həyatını itirdiyi bir qatara silahlı hücumun arxasında duranların Hindistanla əlaqəsi olduğunu iddia edən Şərif, bu mövzuda əlində dəlil olduğunu bildirib.
Şərif həmçinin bildirib ki, silahlı qüvvələr Hindistanın planları ilə bağlı qabaqcadan kəşfiyyat məlumatı alıb və "Rafale təyyarəsi də daxil olmaqla düşmənin beş təyyarəsini və iki pilotsuz təyyarəni" vurduqları barədə məlumat paylaşıb.
Baş nazir Pahalqamdakı terror aktı ilə bağlı "şəffaf" beynəlxalq araşdırmaya çağırıb.
Məryəm