
“Burada diqqətçəkən məqam Çin faktorudur
7 May 23:22
7 May 23:22
7 May 23:10
7 May 23:00
Britaniya Avropa İttifaqı ilə daha iddialı və uzunmüddətli təhlükəsizlik tərəfdaşlığının qurulması üçün diplomatik səylərini gücləndirir.
AZƏRTAC Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Britaniya xarici işlər naziri Devid Lammi bu gün Polşada keçirilən yüksək səviyyəli “Gymnich” formatlı Aİ Xarici İşlər Nazirləri görüşündə iştirak edir. Görüş zamanı Ukraynaya dəstəyin davam etdirilməsi, eləcə də Birləşmiş Krallıq və Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirilməsi əsas müzakirə mövzuları olacaq. Tədbirdə D.Lammi, təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığın həm Böyük Britaniya, həm də Aİ üçün vacib olduğunu vurğulayacaq. O, həmçinin qitədə ədalətli və davamlı sülhə nail olmaq üçün birgə fəaliyyətin zəruriliyini diqqətə çatdıracaq.
Qeyd edək ki, Londonda mayın 19-da Britaniya-Aİ sammiti keçiriləcək və ikitərəfli münasibətlərin gələcəyi sabit, müsbət və irəliləyişə yönəlmiş əməkdaşlıq çərçivəsində müzakirə olunacaq.