

Fələstinin baş naziri Məhəmməd Mustafa İsrailin 20 aya yaxındır həyata keçirdiyi soyqırım və blokadaya görə Qəzza zolağının “aclıq zonası” elan edildiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Ramallahda Nazirlər Şurasına bağlı böhranın idarə edilməsi mərkəzində keçirilən mətbuat konfransında Mustafa, "Qəzzanı aclıq zonası elan edir və Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan bütün dövlətləri beynəlxalq humanitar hüquq çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq təcili tədbirlər görməyə və bu fəlakəti və aclığı tanımağa çağırırıq" dedi.
Beynəlxalq ictimaiyyətdən aclığın müharibə silahı kimi istifadəsini qadağan edən BMT qətnamələrinin icrasını tələb edən Mustafa, bütün BMT sistemini dərhal öz mexanizmlərini işə salmağa və Qəzzanı rəsmi olaraq “aclıq zonası” kimi qəbul etməyə çağırıb.
Fələstin Baş naziri Mustafa, "Xalqımıza edilən hücumlarla və aclıqla mübarizə aparmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik; insanların həyatını xilas etmək və yenidənqurmaya nail olmaq üçün beynəlxalq ictimaiyyətlə qətiyyətlə çalışacağıq" danışdı.
Atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin sona çatmasından sonra martın 2-də Qəzza zolağına humanitar yardım axınını dayandıran İsrail regionda aclıqdan uşaq ölümləri də daxil olmaqla böyük humanitar fəlakətə səbəb olur.
Bölgəyə su və elektrik verilişinin kəsilməsi və sərhəd qapılarının bağlı saxlanılması fələstinlilərin Qəzzada yaşadığı çətin vəziyyəti daha da dərinləşdirir.
Qəzza zolağının Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş mayın 1-də bildirib ki, İsrailin davam edən blokadası səbəbindən Qəzzada əhalinin 91 faizi “ərzaq böhranı” yaşayır, 65 faizi təmiz içməli suya çıxışı yoxdur, uşaqlar və süd verən anaların 92 faizi ağır qida çatışmazlığından əziyyət çəkir.
Qəzzada əksəriyyəti uşaq və körpələrdən ibarət aclıqdan ölənlərin sayının 57-yə çatdığı bildirilib.
Məryəm