Sosial müdafiə və sosial təminat xərcləri artırılır İqtisadiyyat

Sosial müdafiə və sosial təminat xərcləri artırılır

Gələn il proqnozlaşdırılan sosial müdafiə və sosial təminat üzrə xərclər açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz) ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4 315 933 969 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün müdafiə və sosial təminat üzrə xərclər 5 faiz artırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.