"Bakı Sığorta"nın sədri vəzifəsindən ayrılıb İqtisadiyyat

"Bakı Sığorta"nın sədri vəzifəsindən ayrılıb

“Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramin Məmmədov vəzifəsini tərk edib.

Bu barədə "APA-Economics"ə R. Məmmədov özü bildirib. O, gələcək fəaliyyətini digər sektorda davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, hələlik “Bakı Sığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilməyib.

İH-nin sədri vəzifəsi müvəqqəti olaraq İdarə Heyətinin üzvü Oqtay Şeydabəyova tapşırılıb.