Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirində ikinci gün başa çatıb İdman

Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirində ikinci gün başa çatıb

Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirində ikinci gün başa çatıb.

Xalqcebhesi.az xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında sərbəst proqram üzrə 21 ölkədən 22 idmançı çıxış edib.

Nəticələrə əsasən Minkyu Seo (Cənubi Koreya) 236.45 xalla birinci, Denis Kruqlov (Belçika) 213.47 xalla ikinci, Kaleb Farrinqton (ABŞ) isə 210.66 xalla üçüncü olublar.

Təltifetmə mərasimində qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təqdim edib.

Qeyd edək ki Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.

Sentyabrın 26-da, yarışın sonuncu günündə qadınlar buz üstündə sərbəst proqramla, cütlüklər isə sərbəst rəqs proqramı ilə çıxış edəcəklər.