12 Sentyabr 2024 11:48
4 228
Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 833 min barel artaraq 419 143 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 900 min barel artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
29 May 10:51
1 652
29 May 09:47
1 785
26 May 17:41
2 814