ABŞ Konqresindən Trampa çağırış: İranla hərbi əməliyyatları dayandırın Gündəm

ABŞ Konqresindən Trampa çağırış: İranla hərbi əməliyyatları dayandırın

ABŞ Konqresinin Nümayəndələr Palatası Amerika Prezidenti Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnamə qəbul edib.

Xalqcebhesi.az xəbər verir ki, qanunverici orqanın aşağı palatasında çərşənbə axşamı keçirilən səsverməni "C-SPAN" telekanalı yayımlayıb.

Dövlət başçısının partiyasının üzvləri olan respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatasının 220 üzvü qətnamənin lehinə səs verib. 204 qanunverici isə əleyhinə çıxış edib. Beləliklə, qətnamə qəbul olunub.

Qətnamə hüquqi qüvvəyə malik deyil və tövsiyə xarakteri daşıyır. Bu cür sənədlərdə qanunvericilər öz mövqelərini ifadə edirlər. ABŞ icraedici hakimiyyəti bu tövsiyələri nəzərə almamaq hüququna malikdir.

ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, məhz Konqresə verir. Buna baxmayaraq, son onilliklərdə Amerika liderləri qanunvericilərin xaricdə hərbi güc tətbiq etmək üçün verdiyi icazələri, o cümlədən mahiyyətcə prinsiplə yeni əməliyyatlara başlamaq məqsədilə çox geniş şəkildə təfsir edirlər.

Məryəm Quliyeva