“Fermerin işi istehsaldır, satış yox”
25 Dekabr 21:04
25 Dekabr 21:04
25 Dekabr 20:59
25 Dekabr 20:57
25 Dekabr 20:54
19 Noyabr 2024 14:49
2 436
Prezident İlham Əliyevin əməkhaqqlarının, pensiyaların, sosial ödənişlərin artımı ilə bağlı göstərişinə uyğun olaraq, büdcədə 1 milyard 370 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, daxili maliyyə bazarlarının inkişafı ilə məşğuldurlar: "Xarici borclanmanı azaltmaqla, biz daxili maliyyə bazarlarımızı inkişaf etdiririk. Daxili dövlət borcunun artımını Maliyyə Nazirliyi təmin edib. Bizim xarici dövlət borcumuz mütənasib şəkildə azalıb. Bununla da Prezident tərəfindən təsdiq edilmiş strategiyanın tələblərini yerinə yetiririk. Xarici dövlət borcuna xidmət xərcləri növbəti ildə 1 milyard 442 milyon manat təşkil edəcək".
25 Dekabr 15:01
1 232
25 Dekabr 13:18
1 260
25 Dekabr 11:39
1 141