
“Cənab Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi fikirləri, düşünürəm ki, həm daxili auditoriya, həm də beynəlxalq aləm çoxdan gözləyirdi. Dövlət başçımızın Ağdamda səsləndirdiyi fikirlər regiondakı proseslərlə bağlı ağıllarda olan suallara son dərəcə müfəssəl, cavab olmaqla yanaşı, qaranlıq məqamlara da aydınlıq gətirdi. Ağdam sakinləri ilə görüş bir daha dövlət-xalq birliyindən xəbər verdisə, başqa bir tərəfdən baxdığımız zaman həmin bu görüşdə tarixə yenidən ekskursiya edilərək bəzi məsələlər daha açıq formada həm xalqımızın, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırıldı”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, əslində, bu görüşdə səsləndirilən fikirlər Azərbaycana qarşı aparılan ikili standartları yenidən və daha aydın şəkildə ortaya qoydu: “Eyni zamanda, bu çıxış ideoloji baxımından olduqca fundamental çıxış idi və dövlət başçımız orta və ali məktəblərdə, ailələrdə gənc nəslə tarixi faktların daha dərindən öyrədilməsi baxımından yol xərtəsi cızdı. Cəmiyyət qarşısında öz tövsiyələrini və tapışıqlarını verdi. Dövlət başımız bir daha Azərbaycan xalqının diqqətinə çatdırdı ki, təəssüflər olsun ki, biz Qarabağ Zəfərinə doğru addım-addım getdiyimiz yolda düşmənlərimiz dostlarımızdan daha çox idi. Dünyadakı separatist rejimlərin mövcudluğu reallığını bir daha ortaya qoyan dövlət başçımız bildirdi ki, təəssüflər olsun ki, bu məsələ üzrə Azərbaycana qarşı yanaşma son dərəcə yanlış oldu. Hər hansı bir separatist rejimin rəhbəri Fransaya, ABŞ-yə səfər itmək istədikləri zaman təbii ki, onlara viza verilməyəcək, onlar bu səfərdən məhrum ediləcəklər. Amma Azərbaycan torpaqlarında separatist rejim formalaşdırılarkən bu separatist rejimin rəhbərləri üst başlara çəkilirdi. Vaxtı ilə Fransada böyük marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər həmin bu marafonlara vizalar əldə edirdilər. Məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı böyük güclərlə vuruşub, savaşıb. Ermənistan silah baxımından təchizatlandırılırdı, Ermənistana yardımlar olunurdu. Həmin bu dəstəyin fonunda Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində qələbə əldə etdi. Dövlət başçımızın Ağdamda səsləndirdiyi fikirlər həm ideoloji baxımdan, həm də Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərinin bir daha aydın diqqətə çatdırılması baxımdan xüsusi əhəmiyyət kəsb edir”.
Ş.Həsənova qeyd edib ki, diqqəti çəkən məqam ondan ibarətdir ki, bir daha “İskəndər-M” və “İskəndər-E” ballistik raketləri ilə bağlı aydın, konkret yanaşma ortaya qoyuldu ki, bu raketlər Ermənistanda olmamalı idi: “Pulsuz silahlar, maliyyə yardımları Ermənistana edildiyi üçün, Ermənistan kimi kiçik bir dövlətə sanksiya tətbiq edilmədiyi üçün Ermənistan addımlarını daha da kəskinləşdirdi. Lakin Ermənistan dövləti kimi ona dəstək olan qüvvələr də səhv etdilər, yanıldılar. Azərbaycan ordusu Ermənistanın dəyəri 5-6 milyar dollar həcmində olan silah-sursatını qənimət kimi götürdü və məhv etdi. Dünyanın aparıcı ölkəsinin Prezidentinin iştirakı ilə avqust ayında əldə edilmiş reallıqlar artıq möhürlənib. Mahiyyət etibarilə, Azərbaycana qarşı açılan “soyuq savaşa” son qoyduq”.
Röya İsrafilova