"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib Mədəniyyət

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib

Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə TASS-a onun uzun illər çalışdığı A.S.Puşkin adına Moskva Dram Teatrından bildirilib.

Aktrisanın ölüm səbəbi bildirilməyib.

Qeyd edək ki, Vera Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub.

Aktrisa bir sıra tamaşa və filmlərdə oynayıb.

Həmçinin o, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" filimindəki rolu ilə şöhrət qazanıb. Film 1981-ci ildə "Ən Yaxşı Xarici Filmi kateqoriyasında “Oskar” qazanıb.

Xatırladaq ki, Vladimir Menşov əslən bakılı olub.

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edibVera Alentova , Vladimir Menşov"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat edib