Nyu-York birjasında təbii qaz 2%-dən çox bahalaşıb İqtisadiyyat

Nyu-York birjasında təbii qaz 2%-dən çox bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,27% artaraq 3,563 ABŞ dolları təşkil edib.