Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib İqtisadiyyat

Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib

Mərkəzi Bankın sədrinin müşaviri Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti təyin edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Ziya Əliyev özü məlumat verib.
Qeyd edək ki, Ziya Əliyev bu ilin fevral ayında Mərkəzi Bankın sədrinin müşaviri təyin edilmişdi.

Bundan əvvəl isə o, Mərkəzi Bankın Baş direktoru vəzifəsində çalışıb.