Azərbaycanın neft-qaz sektoruna bu il 1,5 mlrd. manata yaxın vəsait yönəldilib İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna bu il 1,5 mlrd. manata yaxın vəsait yönəldilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 454,9 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dörünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 22,7% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 738,7 mln. manat həcmində vəsait yönəldilib. 2023-cü ilin göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 8,4% azalıb.