Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib
KİV: ABŞ-ın yeni Ukrayna planı Rusiya əleyhinə sanksiyaların ləğvini əhatə edir
Səfir: Latviya Azərbaycan və Ermənistan arasında sülhlə bağlı irəliləyişi yüksək qiymətləndirir
Rusiya XİN: "3+3" formatında növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir
Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışıb
15 May 19:22
2 184
Fələstin tərəfdarları Parisdə Mədəniyyət Nazirliyinin binası yaxınlığındakı Saray-Kral Meydanında bir araya gəlib.
Etirazçılar “Qəzza tamamilə dağıdılmalıdır, orada bir nəfər belə qalmamalıdır, onlar sadəcə heyvandır” sözləri ilə yadda qalan israilli müğənni Eyal Qolanın mayın 20-də Fransada konsertinin ləğv edilməsini tələb ediblər.
Qolanın İsrailin Qəzzada törətdiyi soyqırımı dəstəklədiyini iddia edən və müğənninin Fransa ərazisinə buraxılmamasını tələb edən etirazçılar bu konsertə görə Fransanın mədəniyyət naziri Rachida Datiyə də reaksiyalarını bildiriblər.
Nümayişçilər əllərində “Soyqırımçı müğənni Eyal Qolan sərhədlərimizdən çıxsın” və “Ədalət naminə tez bir zamanda İsrailə qarşı sanksiyalar tətbiq edilsin” yazılı pankartlar tutublar.
Bəzi fəallar Fransa Prezidenti Emmanuel Makronun şəklinin əks olunduğu, üzərində “cinayət ortağı” sözləri yazılmış pankartlarla nümayişə qatılıblar.