

Zelenski: İstanbul danışıqlarında əsas məsələ atəşkəsdir.
İstanbulda keçiriləcək danışıqlarda müzakirə olunacaq əsas məsələ atəşkəsdir.
Xalqcebhesi.az xəbər verir ki, Ukraynanın “Strana.ua” nəşri bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Bununla yanaşı, Ukrayna lideri Rusiyanın atəşkəslə razılaşacağına şübhə etdiyini bildirib. Bununla belə, o, bunun danışıqların uğursuzluğa düçar olması demək olacaqmı sualına cavab verməyib.
Zelenski həmçinin bildirib ki, İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rustem Umerov başçılıq edəcək. Ukrayna prezidentinin özü danışıqlarda iştirak etməyəcək.
Rusiya prezidenti Vladimir Putin mayın 11-də gecə çıxışında Ukrayna ilə İstanbul raundundan sonra 2022-ci ilin yazında kəsilən birbaşa danışıqları bərpa etməyi təklif edib. Daha sonra Rusiya liderinin sözlərinə görə, Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və əvvəllər razılaşdırılmış saziş layihəsi Moskvanın iddia etdiyi kimi, Qərb tərəfdaşlarının təzyiqi ilə rədd edilib.
Məryəm