Azərbaycanın xarici maliyyə institutlarına ayırdığı vəsaitin həcmi məlum olub İqtisadiyyat

Azərbaycanın xarici maliyyə institutlarına ayırdığı vəsaitin həcmi məlum olub

Ötən il Azərbaycanın beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı dövlət büdcəsindən 4,9 milyon manat vəsait istifadə edilib.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Bu vəsaitin 1,6 milyon manatı Asiya İnkişaf Bankına, 1,3 milyon manatı İslam İnkişaf Bankına, 2 milyon manatı isə Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yönəldilib.

Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üzrə isə 16,5 milyon manat xərclənib. BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalara 5,4 milyon manat, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumlarına 1,3 milyon manat, Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatlarına 1,2 milyon manat və digər beynəlxalq təşkilatlara 8,6 milyon manat vəsait istifadə edilib.