Nigeriyada silahlı hücum – 20 nəfər ölü Dünya

Nigeriyada silahlı hücum – 20 nəfər ölü

Nigeriyanın mərkəzində yerləşən Benue ştatında baş verən silahlı hücumlarda ilkin məlumatlara görə 20 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, Gwer West Rayon Şurasının sədri Ormin Torsar Viktor açıqlamasında silahlı şəxslərin Benue ştatının Gwer West bölgəsinə bağlı kəndlərə hücum etdiklərini bildirib.

Viktor, hücum nəticəsində iki yaşlı körpə də daxil olmaqla 20 nəfərin öldüyünü, bir çox insanın isə yaralandığını qeyd edib. O, bölgədə davam edən şiddət hadisələrini və federal hökumətin laqeydliyini kəskin şəkildə tənqid edib.

Benue rəsmiləri, ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını açıqlayıb.

Məryəm Quliyeva