Rusiya-Ukrayna danışıqlarının növbəti raundu Cenevrədə keçirilə bilər Dünya

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu Cenevrədə keçirilə bilər

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu Cenevrədə keçirilə bilər.

APA xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “FOX News” telekanalına açıqlamasında bildirib.

“Rusiya və Ukrayna arasındakı danışıqların növbəti raundu Cenevrədə keçirilə bilər”, - o qeyd edib.

O, həmçinin ölkəsinin Ukraynadan sülh razılaşmasının imzalanması üçün şərtləri özündə əks etdirən siyahı əldə etdiklərini sözlərinə əlavə edib.