Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib İdman

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Xalqcebhesi.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxıb.

Elşad Quliyevin yetirmələri Rumıniya ilə görüşüb.

Millimiz, son dünya çempionu ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.